Güclü külək əsəcək - Xəbərdarlıq

16:49 12.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oktybarın 13-ü və 14-ü gözlənilən hava şəraiti açıqlanıb.

ETSN-dən hafta.az-a verilən məlumata görə, oktyabrın 13-ü Bakıda və Abşeron yarımadasında gündüz cənub-qərb küləyi 15-18 m/s, arabir 20 m/s, 14-ü isə gündüz şimal-qərb küləyinin 15-20 m/s, arabir 23 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında Oktyabrın 13-14-də cənub-qərb, qərb küləyinin 15-18 m/s, ayrı-ayrı yerlərdə arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.