Güləşçimiz ermənini məğlub etdi

17:40 20.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan yunan-Roma güləşçisi İslambek Dadov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində Polşanı təmsil edən erməni əsilli Gevorq Sahakyanla üz-üzə gəlib.

Hafta.az-ın məlumatına görə, 67 kq çəki dərəcəsindəki qarşılaşma 1/8 finala təsadüf edib. Görüş Dadovun qələbəsi ilə yekunlaşıb - 4:1.