Gürcüstanın Baş naziri istefa verib

13:10 02.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanın Baş nazir Mamuka Baxtadze istefa verib.

Hafta.az-ın məlumatına görə, bu barədə onun "Facebook" səhifəsindəki paylaşımında qeyd olunub.

Bir qədər əvvəl Mamuka Baxtadzenin saat 15:00-da tok-şouda açıqlama verəcəyi deyilirdi.

 

Təsdiqlənməmiş məlumata görə, Giorgi Qaxaria Baş nazir vəzifəsində Mamuka Baxtadze ilə əvəz olunacaq və İrakli Qaribaşvili daxili işlər naziri vəzifəsinə qayıdacaq.