Hacı Şahinlə vida mərasimi Məşədi Dadaş Məscidində keçiriləcək 

09:55 02.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu gün səhər saatlarında dünyasını dəyişən tanınmış ilahiyyatçı, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənlinin ölümü ilə bağlı açıqlama verib.

 

Hafta.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, Hacı Şahinlə vida mərasimi uzun müddət fəaliyyət göstərdiyi Məşədi Dadaş Məscidində keçiriləcək.

 

Qeyd edək ki, Hacı Şahin bu gün səhər saatlarında ürəktutmasından vəfat edib.