Hacıqabul sakini dəm qazından zəhərləndi

23:24 15.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hacıqabulda dəm qazından zəhərlənmə olub.

 

Hafta.az xəbər verir ki, hadisə Hacıqabul şəhərinin M.Ə.Rəsulzadə küçəsi ev 191 ünvanında qeydə alınıb.

 

Həmin ünvanda yaşayan 2003-cü il təvəllüdlü Dadaşov Elşad Elşən oğlu evdə dəm qazından zəhərlənib. E.Dadaşov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır (report).