Hacıqabulda ölümlə nəticələnən yol qəzası

20:56 09.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib.

Hafta.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Nəvahi kəndindən keçən hissəsində qeydə alınıb.

Sabirabad rayonunun Şəhriyar kənd sakini, 1971-ci il təvəllüdlü Ağayev Nəriman Rzaqulu oğlunun idarə etdiyi “QAZel” markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb. Sürücü hadisə yerində ölüb.

Sürücünün meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır (apa).