Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yeni hökuməti açıqlayandan sonra bu barədə əksər ölkələrin mətbuatında bir-birindən maraqlı məlumatlar dərc olunub.
Hafta.az-ın yazdığına görə, Ukrayna mətbuatında kabinetin iki yeni üzvü barədə çox yüksək fikirlər qeyd olunmaqdadır. Bunlar yeni Maliyyə naziri Məhmət Şimşək və Xarici İşlər naziri Hakan Fidandır.
Ukraynalı jurnalistlər, investorların hörmətini qazanan və liberal iqtisadi siyasətin tərəfdarı sayılan keçmiş iqtisadiyyat naziri və məşhur keçmiş bankir Məhmət Şimşəkdən bəhs edərkən, onun indiki kabinetə gətirilməsini məhz Türkiyə iqtiosadiyyatında mövcud olan əskiklikləri aradan qaldırma məqsədi daşıdığını bildirirlər.

2014-cü ildən Xarici İşlər naziri vəzifəni tutan Mövlud Çavuşoğlunun yerinə Türkiyə Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri Hakan Fidan gətirilməsi isə, Ukraynada sözün əsl mənasında sevinclə qarşılanıb.
Ukrayna mətbuatında qeyd olunub ki, Hakan Fidan məhz MİT-in rəhbəri kimi vaxtilə Ukrayna ilə Rusiya arasında hərbi əsirlərin mübadiləsinə dair danışıqlarda iştirak edib. Oktyabrda Prezident Aparatının rəhbəri Andrey Yermak “215 əsgərin azad edilməsinə və Türkiyədə “Azovstal”ın müdafiəçiləri üçün şərait yaratdığına görə” Fidana təşəkkür edib.
Bu arada, Ukrayna parlamentin sədri Ruslan Stefançuk Ankaraya səfəri çərçivəsində Türkiyədəki hərbi komandirlərlə - "Azovstal"ın müdafiəçiləri ilə görüşüb.
Ali Radanın mətbuat xidməti bildirir ki, Ruslan Stefançuk “Azovstal”ın komandiri Denis Prokopenko ("Radis"), onun müavini Svyatoslav Palamar ("Viburnum"), 36-cı dəniz briqadasının komandiri vəzifəsini icra edən Sergey Volınski ("Volın"), Oleq Xomenko və Denis Şleqanla bir araya gəlib, söhbət edib.
Parlamentin rəhbəri ukraynalı müdafiəçilərin geri qaytarılmasına göstərdiyi köməyə görə Türkiyəyə bir daha təşəkkür edib. Bildirib ki, müdafiəçilər mübarizəni davam etdirmək əzmindədirlər və vətənə qayıtmağa çalışırlar.
Xatırladaq ki, “Azovstal”ın Müdafiəçi Ailələri Assosiasiyasının təsisçisi Yekaterina Prokopenko Türkiyədə “Azov”un komandirlərinin qapalı obyektdə yaşadıqlarını, amma informasiya əldə etmək imkanlarının geniş olduğunu bildirib.
Sentyabrın 21-də rusiyalı işğalçılarla mübadilə çərçivəsində 215 ukraynalı müdafiəçi azad edilib.
“Azov”un 5 komandiri prezident Rəcəb Tayyib Ərdoğanın şəxsi mühafizəsi və təhlükəsizlik zəmanəti altında Türkiyədədir.