Hər üçüncü uşağa görə ailəyə 22 min manat ödəniləcək

10:45 19.10.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Rusiyanın Uşaq Şərq bölgəsinin əhali problemini həll etmək üçün, rəsmi Moskva maraqlı qərar qəbul edib.
Hafta.az-ın yazdığına görə, prezident Vladimir Putin, bu bölgədə mənzil alan və ya ev tikdirən insanlara, eləcə də üçüncü övladını dünyaya gətirən analara 1 milyon rubl (təxminən 22 min manat) birdəfəlik dövlət yardımının verilməsi üçün sərəncam imzalayıb. Bundan əlavə, Putin Uzaq Şərq bölgəsindən ölkənin müxtəlif şəhərlərinə uçuşlarda qiymətlərin endirilməsi üçün əlavə tədbirlərin görülməsi məqəsədilə noyabrın 1-dək proqram hazırlanması barədə də təlimat verib. 
Prezidentin köməkçisi Yuri Trutnev deyib ki, məsələn, Saxalində məhz üçüncü uşağa görə əlavə güzəştlər verildiyindən, son 7 ildə əhali xeyli artıb. Güman ki, 1 milyon rublun verilməsi insanlarda çoxuşaqlılığa daha çox meyl yaradacaq. 
Bu yerdə qeyd edək ki, artıq 2017-ci ildən başlayaraq "Uzaq Şərq Hektarı" qanununa əsasən, burada istəyən hər bir Rusiya vətəndaşına 1 hektar ərazi tam pulsuz bağışlanır. 
"Uzaq Şərq Hektarı" adlı ipoteka proqramı 2025-ci ilədək davam edəcək. Amma həmin proqramın 2030-cu ilədək uzadılacağına dair söyləntilər də var. 
Oxunma sayı 439