Yazını böyüt
Yazını kiçilt
Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb.
Hafta.az yazır ki, Əfqanıstan Müdafiə Naziriliyinin məlumatına görə, Mİ-35 tipli hərbi helikopter Farah vilayətinin inzibati mərkəzindəki meydançadan qalxandan az sonra yerə çırpılıb.
Rəsmi məlumata əsasən helikopterdəki iki pilot hadisə zamanı həlak olub. Qəzanın texniki səbəblərdən baş verdiyi deyilir.
Hazırda qəza ilə bağlı istintaq gedir.