Hikmət Məmmədov: “Belə cinayətlərin Azərbaycanda az olduğu görünür”

12:08 16.05.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“2023-2024-cü ildə insan alverinin dinamikası artdığı halda, Azərbaycanda sabitdir”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Məmmədov deyib.

Deputat bildirib ki, BMT-nun müvafiq qurumunda dünyada insan alveri ilə bağlı mübarizədə 160-dan çox ölkənin adı qeyd olunur. O, bu ölkələr arasında Azərbaycanda vəziyyətin sabit olmasını müsbət hal kimi dəyərləndirib.

“Beynəlxalq dinamikaya baxanda belə cinayətlərin Azərbaycanda az olduğu görünür. Məlumata görə, 2025-ci il üçün 1 cinayət var. Bu vəziyyət DİN-nin ötən dövr ərzində daha professional davranışının göstəricisidir”.