Hindistan qarışdı - ETİRAZÇILAR AVTOBUS VƏ VAQONLARI YANDIRDILAR

17:05 17.06.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanda "Agnipath" adlandırılan hərbi islahatlar paketi açıqlanandan sonra bir sıra əyalətlərdə düzənlənən etiraz aksiyaları qarşıdurma ilə nəticələnib.

Hafta.az-ın BBC-yə istinadən yazdığına görə, toqquşmalarda ölən və yaralananlar olub. Məlumatda deyilir ki, hökumətin hərbi planından narahat olan minlərlə insan Bihar, Telangana, Uttar Pradeş, Qərbi Benqal və sair əyalətlərdə küçələrə axışıb. 

Ölkənin güneyindəki Telangana əyalətinin Secunderabad şəhərində polislə etirazçılar arasında yaşanan toqquşmada 1 nəfər həlak olub, 13 nəfər isə yaralanıb. 

Bihar ve Telanganada coşqun kütlə avtobus və hətta qatar vaqonlarını yandırıblar. Aksiya iştirakçıları polisin insanlara qarşı aşırı güc tətbiq etdiyini bildirib. 

Etirazçılar hesab edir ki, hökumətin yeni hərbi planı, onlara sabit maaş və pensiya alma şansı qazandıran hərbi sahədə işləmək imkanlarını məhdudlaşdıracaq.