Yazını böyüt
Yazını kiçilt
Hindistan çarter reysləri ilə səfər edəcək turist qrupları da daxil olmaqla 15 oktyabr 2021-ci il tarixindən bütün beynəlxalq səyahətçilərə turizm e-vizalaranın verilməsini bərpa edib.
Hafta.az-ın yazdığına görə, bu barədə Hindistanın Azərbaycandakı səfirliyinin "Facebook" səhifəsində məlumat paylaşılıb.

Məlumatda deyilir ki, Hindistana səyahət etmək istəyən ilk 5 milyon turistə viza pulsuz veriləcək.