SU-30 hekayəsi təkrarlanır, biz 250 milyon dollara çox riskli hind silahları alırıq. Hafta.az bildirir ki, bu barədə erməni hərbi ekspert Karen Vrtanesyan danışıb.
“Hindistandan alınan silahların yaxşı olub-olmadığı bəlli deyil, yeri gəlmişkən, bu barədə bir dənə də rəsmi məlumat yoxdur. Hindistandan başqa heç kimdə bu silahlar yoxdur, o qədər də çox sınaq aparılmayıb və nə dərəcədə uğurlu olduğu bilinmir.
Hava hücumundan müdafiə və hava qüvvələri ilə bağlı problemlər fonunda biz Azərbaycanın PUA-ları üçün böyük hədəflər alırıq. Bundan əlavə, mobil artilleriya və hətta gülləkeçirməz jiletlərə ehtiyacımız var”, - deyə o bildirib.
Vrtanesyan izah edib ki, həm 2018-ci ildən əvvəl, həm də sonra Ermənistana silah satan tərəfdaşlar olub.
“Başqa məsələ odur ki, 2018-ci ildən sonra onların bəziləri ilə münasibətlər partnyorluq şəraitində inkişaf etməyib. Bu, Ermənistanın hazırkı hakimiyyətinin təşəbbüsü ilə edilib.
Əgər siz güzəştli şərtlərlə silah alıb, bu üstünlükləri olmayan başqa ölkəyə satmağa cəhd etsəniz, o zaman güzəştli qiymətə silah satan ölkənin sizə pis rəftar edəcəyi aydındır.
Niyə Ermənistan hakimiyyəti Çin və İranla münasibətləri korlayır? Bizə kömək etməyə hazır olan İrandan niyə silah almağa çalışmırıq?"