Hindistanlı turisti maşın vurub öldürdü

16:38 17.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Quba rayonunda avtomobil Hindistandan olan turisti vuraraq öldürüb.

Hafta.az-ın məlumatına görə, hadisə rayonun Caqacuq kəndi yaxınlığında baş verib.

Bildirilib ki, Hindistan vətəndaşı, 1985-ci il təvəllüdlü Mansur Xanı avtomobil vurub.

M.Xan müxtəlif xəsarətlərlə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.