Yazını böyüt
Yazını kiçilt
Rusiyanın Dağıstan Respublikasının Məhərrəmkənd rayonunda sudan kütləvi zəhərlənmə baş verib.
Hafta.az xəbər verir ki, məlumatı Məhərrəmkənd rayonunun rəhbəri vəzifəsini müvəqqəti icra edən Feyruddin Rəhimxanov da təsdiq edib. O qeyd edib ki, əksəriyyəti uşaq olmaqla içməli sudan zəhərlənən 110 nəfər xəstəxanaya yerləşdirilib. Bildirilir ki, Dağıstanın beş yaşayış məntəqəsinin - Məhərrəmkənd, Kuysun, Gilar, Qaptsax və Yuxarı Tahirkənd sakinlərində bağırsaq infeksiyası halları aşkar edilib. Faktla bağlı epidemioloji araşdırmalara başlanılıb.
İlkin məlumata görə, zəhərlənmə infeksiyanın su yolu ilə ötürülməsi ilə bağlıdır. /TASS/