III ixtisas qrupuna 1300 plan yeri əlavə olunacaq -Məleykə Abbaszadə 

12:58 28.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

III ixtisas qrupu üzrə ali məktəblərə qəbul qaydalarında dəyişikliklər bu qrupda müsabiqə vəziyyətinə təsir etməyəcək. III ixtisas qrupuna 1300 plan yeri əlavə olunacaq.

 

Hafta.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

 

Onun sözlərinə görə, bir növ III qrupda gərginlik aşağı düşəcək:

 

“300 baldan yuxarı bal toplayıb kənarda qalan abituriyentlər üçün vəziyyət yaxşılaşacaq. Yüksək reytinqli ixtisaslarda isə vəziyyət olduğu kimi qalacaq”.