İki rayon sakinindən ov tüfəngləri götürülüb

14:05 25.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Quba və Qusarda sakinlərdən qanunsuz odlu silahlar götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən xəbərdə bildirilib ki, Qusar rayonunun Cağar kəndində yaşayan K.Zöhrəbəyovun evinin həyətinə baxış zamanı oradan nömrəsi silinmiş “İJ-20” markalı ov tüfəngi, Qubanın Xırt kənd sakini S.Xankişiyevin evinin həyətindən isə müvafiq sənədləri olmayan və nömrəsi silinmiş ov tüfəngi aşkar edilərək götürülüb.