İlham Əliyev: Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk

13:58 21.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk.

Hafta.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçıları Şurasının qeyri-rəsmi iclasında çıxışı zamanı söyləyib.

“Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir”, - deyə dövlətimizin başçısı əlavə edib.