Yazını böyüt
Yazını kiçilt
Donald Tramp Prezident İlham Əliyevi çox güclü lider adlandırıb.
Hafta.az xəbər verir ki, ABŞ Prezidenti bu barədə Misirdə keçirilən Qəzza mövzusundakı zirvə toplantısında çıxışı zamanı bildirib.
O deyib ki, burada olduğunuz üçün hamınıza təşəkkür edirəm. Bu şəxs üçün, Azərbaycan üçün müharibəni həll etdim:
"Siz hələ də bir-birinizlə yola gedirsiniz, elə deyilmi? 32 il mübarizə apardıq, amma təxminən bir saata məsələni həll etdik, düzdürmü? İndi isə onlar bir-birini bəyənirlər. Burada olduğunuz üçün hər kəsə təşəkkür edirəm. O, çox güclü bir liderdir, işini çox yaxşı görür. Bu mərasimdən sonra çıxış edəcəyik, amma bu, çox önəmli bir imzalanmadır".