İmişlidə qətl törədilib

10:24 10.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İmişlidə qətl hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə İmişli rayonunun Ağamalılar kəndində qeydə alınıb.

Kənd sakini, 1994-cü il təvəllüdlü Quliyev Emin Elsevən oğlu mübahisə zəminində İmişli rayon sakini Əzizov Zaur Zakir oğlunu bıçaqla qətlə yetirib.

Qətlin təfərrüatları barədə əlavə məlumat veriləcək.

Faktla bağlı araşdırma aparılır.