İngiltərə klubu ərəblərə satıldı

22:16 02.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
İngiltərənin “Çarlton” klubunun yeni sahibi müəyyənləşib.
 
Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, klubun sahibi Rolan Dyşatele “Çarlton”u ərəblərə satıb. Klubun yeni sahibi Birləşmiş Ərəb Əmirliklərinə məxsus “East Street Investments” şirkəti olub. 
 
Qeyd edək ki, sözügedən komanda hazırda Çempionşipdə 25 oyuna topladığı 28 xalla 19-cu pillədə qərarlaşıb.