İran Xəzərdə hərbi təlimə başlayıb  

14:19 01.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün İran Xəzər dənizində "Davamlı təhlükəsizlik-98" hərbi təliminə başlayıb.

Hafta.az İran mətbuatına istinadən məlumat verir ki, təlimlər 4 gün davam edəcək.

Təlimdə İran Hərbi Dəniz Qüvvələrinin gəmiləri və bölmələri iştirak edir. Təlim müddətində şərti düşmənin yerüstü, dəniz və hava hədəflərinin məhv edilməsini nəzərdə tutan əməliyyatlar icra olunacaq.