İranla İraq neft və qaz yataqlarını birlikdə işlədəcəklər

10:00 12.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İranla İraq arasında neft və qaz yataqlarının birgə işlənməsinə dair saziş imzalanıb.

Hafta.az-ın yazdığına görə, Bağdada səfər edən İranın neft naziri Cavad Ovci məsələ ilə bağlı İran dövlət televiziyasına danışıb. O, iki ölkə arasında enerji əməkdaşlığını nəzərdə tutan anlaşma memorandumu imzalandığını deyib.

Ortaq neft və qaz yataqlarının işlənməsinə dair razılaşma əldə edildiyini bildirən Ovci, "Qaz və neft boru kəmərlərinin inşası, İraq neft emalı zavodlarının yenidən qurulması və modernləşdirilməsi də iki tərəf arasında əldə olunan razılaşmaların bir hissəsidir" deyib.

Siyasət rubrikasından digər xəbərlər