İranlı tələbələr UKRAYNADAN QOVULUR

18:00 08.10.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna hökuməti İranın Rusiyaya pilotsuz təyyarələr verdiyini əsas gətirərək iranlı tələbələrin viza müddətini uzatmaqdan imtina edib.

Hafta.az-ın yazdığına görə, bu barədə Ukraynada təhsil alan iranlı tələbələr "Middle East Eye"ə bildiriblər. Onlar deyiblər ki, Ukraynanın dövlət rəsmiləri İran hökumətinin hərəkətlərinə görə tələbələri günahlandırır. Bildirilir ki, Ukrayna hakimiyyəti iranlı tələbələrin 10 gün ərzində ölkəni tərk etmələrini istəyib.

Digər tərəfdən, İran mərkəzli "Entekhab" xəbər saytının məlumatına görə, pasportlarına möhür vurulan iranlı tələbələrin də 3 il müddətinə Ukraynaya girişinə qadağa qoyulub.

Siyasət rubrikasından digər xəbərlər