İraqda nümayişçilər ABŞ səfirliyini ələ keçirib - FOTO-VİDEO

15:09 31.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Bağdaddakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

Hafta.az xarici mətbuata istinadən bildirir ki, aksiyaçılar səfirliyin binasına daxil olublar.

Bundan öncə ABŞ səfirliyinin binasının boşaldıldığı açıqlanıb.

Qeyd edək ki, bu gün ABŞ-ın Bağdaddakı səfirliyi qarşısında etiraz aksiyası başlayıb. Aksiyaya yüzlərlə iraqlı qatılıb. Aksiya iştirakçıları dekabrın 29-da ABŞ hərbi qüvvələrinin İraqda "Xətaib Hizbullah" qruplaşmasının mövqelərinə endirilən zərbə nəticəsində onlarla döyüşçünün ölməsi və yaralanmasına etirazlarını bildirirlər.