Yazını böyüt
Yazını kiçilt
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının İrəvan qazısı vəzifəsinə Bəxtiyar Nəcəfovun namizədliyi irəli sürülüb.
Hafta.az apa-ya istinadla xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə QMİ-nin Qazılar Şurasının iclasında deyib.
Sonra Bəxtiyar Nəcəfovun İrəvan qazısı təyin olunması səsə qoyularaq qəbul edilib. Daha sonra İrəvan Qazısının Əsasnaməsi təsdiqlənib.
Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev QMİ-nin Qazılar Şurasının iclasında Əsasnməni səsləndirib.
İrəvan qazılığı hələ ki, QMİ-nin binasında yerləşəcək.