İşəgötürən və işaxtaranlar üçün rahat şərait yaradılır

14:18 24.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Məşğulluq istiqamətində süni intellekt həllərinin yaradılması nəzərdə tutulur.

Hafta.az xəbər verir ki, bunu DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkbərov oktyabrın 24-də Bakıda keçirilən "SOCGOV 2025: Süni zəka insan və transformasiya üçün"beynəlxalq konfransın panel sessiyada deyib.

Onun sözlərinə görə, məqsəd həm işəgötürən, həm də işaxtaranlar üçün rahat şəraitin yaradılmasıdır:

"Süni intellekt üzrə 2025-2027-ci illər üzrə strategiyada süni intellekt həllərinin yaradılması nəzərdə tutulur".

K.Əkbərov vurğulayıb ki, hazırda vətəndaşların sağlamlığının qiymətləndirilməsi ilə əlilliyin müəyyənləşdirilməsi sahəsi üzrə süni intellekt həllərinin tətbiqi əsas məqsədlərdən biridir:

"Süni intellekt vasitəsilə həkimlərin I yükünü azaltmağa çalışacağıq. Həmçinin bu, onların daha tez qərar verməsinə şərait yaradacaq".