İspaniya yarımfinalda - AVRO-2020

23:00 02.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Avro-2020-də 1/4 final mərhələsinə start verilib

Hafta.az xəbər verir ki, ilk oyun günündə İsveçrə İspaniya ilə üz-üzə gəlib

Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada hesab dəyişmədiyinə görə qalib penaltilər seriyasında müəyyənləşib. Penaltilər seriyasında 3:1 hesabı ilə qalib gələn İspaniya yarımfinala yüksəlib. Komanda bu mərhələdə Belçika - İtaliya cütünün qalibi qarşılaşacaq.

Qeyd edək ki, sabah keçiriləcək iki görüşlə 1/4 finala yekun vurulacaq.

Avro-2020, 1/4 final

İsveçrə - İspaniya - 1:1 (Penaltilər seriyası - 1:3)
Qollar: 
Zakariya, 8-avtoqol (0:1), Şakiri, 68 (1:1)
Qırmızı vərəqə: Freuler, 78 (İsveçrə)
Baş hakim: Maykl Oliver (İngiltərə)
Sankt-Peterburq, "Sankt-Peterburq Arena"