Yazını böyüt
Yazını kiçilt
İsrailin ABŞ və Livanla əldə etdiyi razılaşmaya və atəşkəsə baxmayaraq, ölkənin Livanın şimalında təhdidlərə qarşı mübarizə aparmaq hüququ var.
Hafta.az xəbər verir ki, bu barədə Baş nazir Binyamin Netanyahu bildirib.
Onun ofisinin yaydığı məlumata görə, Netanyahu deyib ki, - “Biz həm təhlükəsizlik zonasında, həm də onun şimalında zərbələr endiririk. Yaranan təhdidlərə qarşı mübarizə aparmaq üçün hərəkət azadlığımız var. Bu, ABŞ və Livan hakimiyyəti ilə əldə etdiyimiz razılaşmanın bir hissəsidir”.
Xatırladaq ki, aprelin 17-də Livan və İsrail on günlük atəşkəs barədə razılığa gəliblər.