Yerusəlim İbrani Universiteti və Agam İnstitutu tərəfindən 17 yaş və yuxarı 3644 israilli iştirakçının iştirakı ilə keçirilən, 99 faiz etimad səviyyəsi və 2,2 faiz nümunə xətası ilə aparılan sorğu, israillilərin ABŞ-İran müqaviləsindən narazı olduğunu və Təl-Əviv hökumətinə etibarını itirdiyini ortaya qoyub.
Hafta.az yazır ki, sorğuya görə, israillilərin 92,1 faizi İrana qarşı müharibənin uğursuz olduğuna və Tehran hökumətinin danışıqlar yolu ilə qalib gəldiyinə inanır.
İsrailin Baş naziri Binyamin Netanyahunun rəhbərlik etdiyi sağçı bloku dəstəkləyən seçicilər arasında İranın qalib gəldiyinə inananların faizi 93,1 faizə yüksəlib.
Sorğuda iştirak edənlərin 82,9 faizi İrana hücumların İsrailin təhlükəsizliyini uzunmüddətli perspektivdə zəiflətdiyi fikrini dəstəkləyir, 86 faizi isə hücumların nəticələrini və İsrailin ABŞ-İran müqaviləsindən kənarlaşdırılmasını mənfi qiymətləndirir.
Sorğuya görə, israillilərin 87,8 faizi Tel-Əviv hökumətinin İranın nüvə proqramını və raket təhdidini aradan qaldırmaq və Tehran rejimini devirmək kimi məqsədlərinə çata bilmədiyinə inanır.
Sorğu həmçinin göstərib ki, israillilərin 72,5 faizi Netanyahunun “nailiyyətlər və təhdidin aradan qaldırılması” iddialarına inanmır, 56,4 faizi isə Netanyahunun müharibəni idarə etməsini “uğursuz” hesab edir.
Sorğu həmçinin göstərib ki, israillilərin təxminən yarısı Livana hücumları dəstəkləyir, ABŞ ilə münaqişə riskinə baxmayaraq, 48,2 faizi Livanı, o cümlədən Beyruta hücumları hədəf almaq istəyir, 20,9 faizi ona qarşıdır, 30,9 faizi isə qərarsızdır.
İsraillilərin yalnız 12,2 faizi Netanyahu hökumətinin 7 oktyabr 2023-cü ildən bəri Qəzzaya davam edən hücumlarında uğur qazandığına inanır, 61,3 faizi isə Qəzzada heç bir məqsədinə çatmadığına, 26,5 faizi isə Tel-Əvivin bəzi məqsədlərinə çatdığına inanır.