İstanbulda yaşayış xərcləri 92 min lirəyə yüksəlib

11:30 04.06.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İstanbul Planlaşdırma Agentliyi (İPA) 2025-ci ilin may ayı etibarilə dörd nəfərlik bir ailənin orta yaşayış xərclərini 91722 lirə olaraq açıqlayıb. Bu rəqəm bir əvvəlki ayla müqayisədə 1690 lirə artım göstərir.

Hafta.az-ın İPA-ya istinadən yazdığına görə, İstanbulda yaşayış minimumu keçən ilin eyni dövrü ilə müqayisədə 49,09 faiz artıb. Başqa sözlə, bir il əvvəl təxminən 61500 lirə olan yaşayış minimumu 2025-ci ilin may ayında 91 min lirəni keçib.

Əvvəlki ayla müqayisədə artım nisbəti 1,88 faiz olub. Artım aylıq olaraq məhdud olsa da, illik cədvəldə yüksək inflyasiya və yaşayış xərclərinin kəskin yüksəlişi göstərilir.

Orta hesabla 91 min lirədən çox xərc, İstanbulda yaşayan dörd nəfərlik bir ailənin əsas ehtiyaclarını qarşılamaq üçün lazım olan minimum məbləğ olaraq hesablanır. Bu hesablamaya kirayə, yemək, nəqliyyat, səhiyyə və təhsil kimi əsas xərclər daxildir.