İsti hava dalğası davam edəcək

17:20 18.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 23-dək temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.

Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən məlumatına əsasən, ötən günlərdə olduğu kimi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-40°-yə yaxın, Naxçıvan MR-da, eyni zamanda Aran rayonlarında 36-40, bəzi yerlərdə 41° dərəcəyədək, dağlıq rayonlarda isə 33 dərəcəyədək isti olacağı gözlənilir.