İsveçrə millisi Bakıya gəlir

15:26 07.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropa çempionatında iştirak edəcək daha bir komanda ölkəsini tərk edib.

Apasport.az saytının məlumatına görə, A qrupunda yer alan İsveçrə yığması Bakıya yola düşüb.

Bir qədər əvvəl səfərə çıxan Vladimir Petkoviçin yetirmələri AVRO-2020-yə son hazırlığını paytaxtımızda görəcək.

Qeyd edək ki, İsveçrə yığması ilk oyununu iyunun 12-də Bakı Olimpiya Stadionunda Uelsə qarşı keçirəcək.