İtaliyada sərxoş sürücü avtomobili turistlərin üzərinə sürüb

15:57 05.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İtaliyanın Avstriya ilə sərhədində yerləşən Lutaqo qış kurortu bölgəsində sərxoş sürücü avtomobili Almaniyadan olan turist qrupunun üzərinə sürüb.

Hadisə nəticəsində 6 turist ölüb, daha 11-i isə xəsarət alıb. Yaralananlardan birinin vəziyyəti ağır olduğu üçün o, helikopterlə Avstriyanın İnsburq şəhərinə aparılıb.

Hadisə yerinə İtaliya Xilasetmə Xidmətinin 160-dan çox əməkdaşı cəlb olunub. Ölənlərin şəxsiyyəti hələ ki, müəyyənləşdirilməyib.