Rusiya siyasətçisi, LDPR lideri Vladimir Jirinovski yenə ermənilərini tənqid edib. Siyasətçi Rusiyada yaşayan ermənilərin kriminal əməllərindən və həyatından danışıb.
Hafta.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu barədə Rusiya Dövlət Dumasında çıxışı zamanı deyib.
Ölkədəki qanunsuzluqlardan, korrupsiya və rüşvət hallarından danışan, gənc nəslin Rusiyanın gələcəyinə laqeyd münasibətindən gileylənən partiya sədri çıxışının bir yerində Moskvada öz manyak atalarını qətlə yetirən 3 erməni qızın – 3 bacının hekayətinə toxunaraq deyib: “Məgər bu 3 bacı həmin mənzildən çıxıb gedə bilməzdi? Yox, mütləq öldürmək. Doğma ata despot, vəhşi ola bilər. 17 yaşları var. Uşaq deyilər. Yox, tamaşa olmalıdır.
Yaxud baxırsan, Petrosyan arvadından boşanır, milyardları bölə bilmir. Yaxud Cigərxanyanı kimsə qarət eləmək istəyir. Bax, hər gün bizə belə tamaşalar, boşanma, qovuşma səhnələri göstərilir. Bu ölkəni bəs kim idarə eləməlidir?..”.
Qeyd edək ki, Yevgeni Petrosyan Moskvada yaşayan məşhur erməni parodiyaçısıdır. Neçə vaxtdır arvadı - parodiyaçı Yelena Stepanenko ilə boşanma davasındadır. Armen Cigərxanyan isə Rusiyada yaşayan məşhur erməni aktyoru, SSRİ Xalq artistidir. O da analoji problemlərlə üzləşib.