Karantində işləyən kafenin 7 müştərisi cərimələndi

12:00 05.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə karantin rejimini pozan kafe aşkarlanıb.

DİN Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, Gəncə ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb.

Obyektin sahibi Elşad İbrahimov və 7 nəfər müştəri qanunla müəyyən edilmiş qaydada saxlanılaraq RPİ-nin ərazi üzrə Polis Bölməsinə  gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.