Karate1 Premyer Liqa turnirində idmançımız finala vəsiqə qazanıb

22:49 01.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Portuqaliyanın paytaxtı Lissabonda Karate1 Premyer Liqa turniri davam edir.

Hafta.az xəbər verir ki, karateçilərimizdən Asiman Qurbanlı (84 kiloqramdan yuxarı) yarışda Rumıniya, İsrail, Ukrayna və Almaniyadan olan rəqiblərini məğlub edərək finala vəsiqə qazanıb. Qızıl medal uğrunda həlledici görüşdə onun rəqibi Gürcüstan təmsilçisi olacaq. Qarşılaşma mayın 2-də baş tutacaq.

Bazar günü mükafatlar uğrunda yarışlarda kata milli komandamız isə bürünc medal görüşünə çıxacaq. Nüfuzlu turnir idmançılara Tokio Olimpiadasında iştirak etmək üçün xüsusi reytinq xalları da qazandırır.

Qeyd edək ki, yarışda Azərbaycanı 15 idmançıdan ibarət heyət təmsil edir.

Turnir mayın 2-dək davam edəcək.

Oxunma sayı 140