Karateçimiz beynəlxalq turnirin qalibi olub

15:02 16.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan karateçisi Xədicə Qasımova Birləşmiş Ərəb Əmirliklərinin Əl-Füceyrə şəhərində keçirilən "Karate1 Gənclər Liqası" beynəlxalq turnirində uğurla çıxış edib.

Karate Federasiyasından Hafta.az-a bildirilib ki, 52 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı qızıl medal qazanıb.

O, U-14 yaş kateqoriyasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.