Keçmiş müdafiə naziri axtarışdadır

15:13 11.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın keçmiş müdafiə naziri (2016-2018) Vigen Sarkisyana qarşı həbs qətimkan tədbiri seçilib və barəsində axtarış elan edilib. 

Hafta.az xəbər verir ki, bunu İstintaq Komitəsinin Cinayət Axtarışı Departamenti erməni KİV-ə təsdiqləyib. O və digər şəxsə qarşı Ermənistan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə vəzifə səlahiyyətlərindən sui-istifadə, ona kömək və təhrik etmə, eləcə də qrup tərəfindən xüsusilə külli miqdarda çirkli pulların yuyulması ittihamları ilə cinayət işi başlanıb.

Azadlıqda olan təqsirləndirilən şəxslərin məhkəməyə çıxarılması üçün həbs olunmaları barədə qərarlar qəbul edilib.