Yazını böyüt
Yazını kiçilt
Oman sahillərində tankerin mühərrik otağında yanğın baş verib.
Hafta.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Nəqliyyatı Əməliyyatları Mərkəzi məlumat yayıb.
Bildirilib ki, hadisə Omanın Sohar şəhərindən təxminən 21 dəniz mili şimal-şərqdə qeydə alınıb.
Məlumata əsasən, yanğınla bağlı ətraf mühitə zərər dəyməyib, lakin hadisə “şübhəli fəaliyyət” kimi qiymətləndirilib.
Qeyd edək ki, bir gün əvvəl də Suxar yaxınlığında oxşar hadisə baş vermişdi. Həmin insident zamanı tankerdə yanğın nəticəsində bir nəfər ölmüş, iki nəfər isə itkin düşmüşdü.