Kəşmirdə atışmada üç əsgər ölüb 

13:52 31.07.2019 Müəllif:Cəmilə Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Ötən gecə Pakistanın mübahisəli Kəşmir bölgəsində atışma nəticəsində iki pakistanlı və bir indus əsgəri ölüb. 

Hafta.az Pakistan mətbuatına istinadla xəbər verir ki, atışma Kəşmirin Sunderbani, Tanqxar və Keran ərazilərində baş verib.

Qeyd edək ki, Cammu və Kəşmir Hindistanın yeganə ştatıdır ki, burada yaşayanların əksəriyyəti müsəlmanlardır.