Kiçikhəcmli gəmi istifadəçilərinə XƏBƏRDARLIQ

10:52 07.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqaladə Hallaq Nazirliyi (FHN) dumanlı hava şəraiti ilə əlaqədar kiçikhəcmli gəmi istifadəçilərinə müraciət ünvanlayıb.

Bu barədə Hafta.az-a nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən məlumat verilib.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin davam edəcəyi, o cümlədən Xəzər dənizinin Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində dənizdə görünüş məsafəsinin 50-500 metr təşkil edəcəyi proqnozlaşdırılır.

“Qeyd olunanları nəzərə alaraq, FHN kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edərək təhlükəsizliyin təmin olunması məqsədilə dumanlı hava şəraitində kiçikhəcmli gəmilərin istismarının qadağan olduğunu xatırladır. Unutmayın: Qaydalara biganəlik həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!”,- deyə müraciətdə qeyd olunub.