Kim Çen In və Tramp arasında keçirilən görüş başa çatdı 

12:40 30.06.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In və ABŞ prezidenti Donald Tramp arasında keçirilən görüş başa çatıb.

Hafta.az-ın TASS-a istinadən məlumatına görə, tərəflər arasında görüş Cənubi Koreya və KXDR arasında hərbsizləşdirilmiş zonada yerləşən Pxanmuncom danıqışlar məntəqəsində keçirilib.

Bildirilir ki, görüşdə həmçinin Cənubi Koreya prezidenti Mun Çje İn də iştirak edib.