Klublararası dünya çempionatında ilk qarşılaşma

22:38 04.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Qətərdə klublararası dünya çempionatı start götürüb.

 

Hafta.az xəbər verir ki, turnirin açılış matçında Meksikanın "Tiqres" və Cənubi Koreyanın "Ulsan" komandaları üz-üzə gəlib.

 

"Əl-Rayan" stadionunda oynanılan qarşılaşma Şimali Amerika təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk qolu 24-cü dəqiqədə asiyalıların heyətində Kim Ki Xi vurub. "Tiqres"də isə fransalı hücumçu Andre-Pyer Jinyak dubl edib. O, 38 və 45+5-ci dəqiqələrdə adını tabloya yazdırıb.

 

Qeyd edək ki, "Tiqres" yarımfinalda Libertadores kubokunun qalibi olan Braziliyanın "Palmeyras" klubu ilə üz-üzə gələcək.