KOBİA və Küveytin işgüzar dairələri arasında əməkdaşlıq imkanları müzakirə edilib

14:41 07.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Küveyt Dövlətinin ölkəmizdəki səfiri Abdullah Mohamed Abdullah Almauid arasında görüş keçirilib.

KOBİA-dan hafta.az-a bildirilib ki, görüşdə Agentliyin fəaliyyətinə, KOB subyektlərinə göstərdiyi dəstək və xidmətlərə, yerli və xarici ölkələrin işgüzar dairələri arasında əməkdaşlığın qurulması və inkişafı istiqamətində KOBİA-nın dəstəyinə dair məlumat verilib, Agentliyin Küveytin müvafiq qurumları ilə əlaqələndirilməsinə və hər iki ölkənin KOB-ları arasında əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.