Koronavirusa qarşı növbəti nəzarət-profilaktiki tədbirlər keçirilib - FOTO

23:20 25.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Qaradağ rayonunda polis əməkdaşları tərəfindən koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə ərazidə növbəti nəzarət-profilaktiki tədbirlər həyata keçirilib.

Bakı Şəhər Baş Polis İdarəsindən hafta.az-a verilən məlumata görə, tədbir çərçivəsində ictimai nəqliyyatda və qapalı yerlərdə maskadan istifadə etməyən şəxslərlə profilaktiki söhbət aparılıb, maskası olmayan şəxslərə tibbi maskalar paylanılıb. 

Rayonda nəzarət-profilaktiki tədbirlər çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq profilaktiki tədbirlər davam etdirilir.

Sosial rubrikasından digər xəbərlər