Koronavirusla bağlı Gəncədə maarifləndirmə tədbirləri davam etdirilir - VİDEO

23:50 27.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Koronavirus ilə əlaqədar Gəncədə maarifləndirmə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan hafta.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları əvvəlcə şəhərin küçə və prospektlərində, binaların qarşısında xidməti avtomobillərdən əhaliyə səsləndikdən sonra Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminə əməl etməyən, yaşı 65-dən yuxarı olan şəxslərlə profilaktik söhbətlər aparıb.

Polis əməkdaşları onlara Nazirlər Kabinetinin müvafiq qərarı barədə məlunat verilərək xüsusi karantin rejimi müddətində həm öz sağlamlıqlarını qorumaları, həm də ki, cəmiyyətdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaqda ötrü evdən çıxmamaq barədə xəbərdarlıq edilib.

 

Daha sonra onlar polis əməkdaşları tərəfindən yaşadıqları ünvanlara qədər müşayiət ediliblər.

Oxunma sayı 320
Sosial rubrikasından digər xəbərlər