Kral Salmandan göstəriş: 1000 fələstinlinin Həcc ziyarəti təşkil olunsun

16:00 19.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanı Kralı Salman ibn Əbdüləziz iki Müqəddəs Məscid və İslam İşləri, Dəvət və İrşad Nazirliyi tərəfindən həyata keçirilən Həcc ziyarəti proqramı çərçivəsində fələstinli şəhid ailələrindən, məhbuslardan və yaralılardan ibarət 1000 zəvvarın Həcc ayinlərini yerinə yetirmək üçün öz vəsaiti hesabına qəbul etməyi tapşırıb.

Hafta.az-ın yazdığına görə, Səudiyyə Ərəbistanının İslam Məsələləri, Dəvət və İrşad naziri, Həcc və Ümrə Qonaqlar Proqramının baş meneceri Dr. Əbdüllətif əl-Şeyx Kral Salman bin Əbdüləzizə və Krallığın baş naziri Salman bin Əbdüləzizə bu humanitar qayğıdan dolayısı təşəkkür edib. Bildirib ki, bu səxavətli jest, onların qardaş Fələstin xalqına davamlı qayğısını və Səudiyyə rəhbərliyinin Fələstin məsələsinə bütün səviyyələrdə göstərdiyi qeyri-məhdud dəstəyi əks etdirir.

Bu dəvətin Fələstin xalqının Həcc ziyarətini asanlaşdırmaq üçün rəhbərliyin istəyinin davamı olduğunu vurğulayan Şeyx, göstərişin verilməsidən dərhal sonra nazirliyin fələstinli zəvvarlara sistem daxilində Məkkə və Mədində şərait və xidmətlər təqdim etmək üçün inteqrasiya planı hazırlamağa başladığına diqqət çəkib.

Şeyx qeyd edib ki, proqrama start verilən 1997-ci ildən indiyədək dünyanın müxtəlif ölkələrindən 64 mindən çox zəvvar qəbul edilib ki, bu da Səudiyyə Ərəbistanı rəhbərliyinin İslama və müsəlmanlara xidmət etmək, İslam dünyasının ürəyi və müsəlmanların qibləsi kimi mövqeyini möhkəmləndirmək istiqamətində davamlı səylərini əks etdirir.