Kremldən Putin-Orban danışığının yayılmasına REAKSİYA

14:16 08.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Putin-Orban danışığının dərc olunmuş stenoqramında Rusiya və Macarıstanın arasını vura biləcək heç nə yoxdur.

Hafta.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putin-Orban söhbətinin dərc olunmuş stenoqramı Macarıstan Baş nazirini dəstəkləyən material kimi qəbul edilə bilər:

"Bu stenoqram Macarıstan Baş nazirini ölkəsinin maraqlarını müdafiə edən praqmatik siyasətçi kimi təsvir edir".

Kremlin sözçüsü Avropa İttifaqı və Brüsseldəki bir çox qüvvənin Orbanın daha bir seçkidə qalib gəlməsini istəmədiyini, onun rəqiblərinin əlinə oynadıqlarını vurğulayıb.