Krımlı siyasi məhbuslar Özbəkistana deportasiya ediləcəklər?

09:05 13.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya hakimiyyəti sovet dövründə 18 may Krım tatar deportasiyası və soyqırımı nəticəsində Özbəkistanda doğulan, lakin uzun müddət Ukraynada yaşayan Nəsrulla Seydəliyev və Lenur Seydamətovu Özbəkistana deportasiya etməklə hədələyib.

Hafta.az-ın yazdığına görə ,Seydəliyev, sözdə Numan Çələbicihan Tabur Davası; Seydamətov “Hizb-ut-Təhrir işi” adlı cinayət işi çərçivəsində mühakimə olunub. Siyasi məhbus Seydamətovun həyat yoldaşı Acirə Seydəliyeva bildirib ki, əri 2012-ci ildə Krımda məskunlaşıb və qanuni yaşayış icazəsi alıb. 2014-cü ildə Ukrayna vətəndaşı olmağa hazırlaşırdı, lakin Rusiyanın işğalı səbəbindən bunun mümkün olmayıb.

Ukraynanın müvəqqəti işğal olunmuş ərazilər üzrə nazirinin sabiq müavini və Ukraynanın Daşkənddəki səfirliyinin birinci katibi Yusif Kurkçi bildirib ki, Seydamətovun yaşayış icazəsi və Ukrayna vətəndaşı ilə evli olsa da, bunlar onun Rusiyadan Ukraynaya ekstradisiyasına kifayət etmir.

Bundan əlavə, Krım Tatar Resurs Mərkəzinin direktoru Zarema Bariyeva Nüsrulla Seydəliyevin də həbsdən çıxdıqdan sonra Özbəkistana ekstradisiyasının planlaşdırıldığını açıqlayıb. Kurkçi qeyd edib ki, Seydəliyevin Ukrayna vətəndaşı olduğu üçün Özbəkistana deportasiyası qanunsuzdur.

Krım SOS qeyri-hökumət təşkilatının rəhbəri Oleksiy Tilnenko bəyan edib ki, Özbəkistana siyasi məhbusların göndərilməsi ilə bağlı təhdidlərin arxasında psixoloji təzyiq dayanır. İşğal olunmuş ərazilərdə yaşayan insanların didərgin salınmasının müharibə cinayəti olduğunu xatırladan Tilnenko işğalçıların Krım tatarlarını qorxutmaq üçün bu üsullardan istifadə etdiyini deyib.